ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Argentina çempionatının Apertura (açılış) mərhələsinin 9-cu turunun ölkə futbolunda rəhbərliklə bağlı qalmaqala görə təxirə salınacağı məlum idi. "Football-plus.az" xəbər verir ki, bu turun oyunları mayın 3-də keçiriləcək. 10-cu və 11-ci turların oyunları isə təqvimə uyğun olaraq vaxtında baş tutdu. İki turun nəticələrindən sonra qrupların ən yüksək pillələrində vəziyyət dəyişmədi.A qrupunda 4-cü turdan sonra vahid liderliyi ələ alan “Veles Sarsfild” uğurlu oyunlar seriyasını davam etdirdi. Gilyermo Barros Skelottonun komandası iki oyunda hesabına 4 xal yazdı. Səfərdə “Tiqre” ilə qollu heç-heçəyə (1:1) razılaşan “Veles” “Platense”nin qapısından iki cavabsız top keçirdi. Bu nəticələr paytaxt komandasının 1-ci yerdə qalmasını təmin etdi.İki tur əvvəl 2-ci yerdə olan “Estudiantes” mümkün xalların yarısını toplaya bildi. Ötən mövsümün Klausura (bağlanış) mərhələsinin çempionu evdə “Lanus”a minimal hesabla uduzandan sonra səfərdə “Ximnasiya”nı 2:1 hesabıyla məğlub etdi. Aleksander Medinanın çalışdırdığı La Plata klubu son nəticələrdən sonra liderdən 4 xal geri qalır.A qrupunda 8-ci turdan sonra 3-cü yerdə olan “Union” iki oyuna elə bu qədər xal qazandı. Amma 4 xal itkisinə baxmayaraq, mövqeyini əldən vermədi. İki oyuna 4 xal toplayan “Defensa y Xustisiya” 8-ci yerdən 4-ə yüksəldi.Nəticələri bu qrupda əksini tapan “Boka Xuniors” qeyri-sabit çıxışını davam etdirir. Ölkə nəhəngi bir həftə ərzində keçirdiyi hər iki oyunu heç-heçə ilə başa vurdu. Evdə “San Lorenso”, səfərdə “Union” ilə 1:1 hesablı “sülh”lər Klaudio Ubedanın komandasının mövqeyini zəiflətdi. Son 7 oyunda yalnız 8 xal qazanan “Boka” A qrupunda 7-ci yerdədi.B qrupunda 8-ci turdan sonra 17 xalla lider olan “İndependyente Rivadaviya” iki oyuna 3 xal qazandı. Evdə “Barrakas Sentral”a uduzan (1:2) Alfredo Bertinin komandası rəqib meydanında “Ximnasiya”ya (La Plata) 3:2 hesabı ilə qalib gəldi. Bu nəticələr liderin mövqeyinə təsir etmədi.Çünki liderin əsas izləyicisi “Tiqre” iki oyunda hesabına iki xal yaza bildi. Öz meydanında “Veles Sarsfild” və “Arxentinos Xuniors” ilə 1:1 hesablı heç-heçələr Dieqo Dabovenin komandasını 2-ci pillədən 4-ə saldı. “Tiqre” indi liderdən 2 yox, 3 xal geri qalır.Bu qrupda iki tur əvvəl 3-cü yerdə olan “Belqrano” iki oyuna 4 xal qazanmaqla 2-ci yerə yüksəldi. “Rosario Sentral” isə bir pillə irəliləməklə 3-cü yerə çıxdı. Gözlənildiyi kimi, Marselo Qalyardo qeyri-qənaətbəxş nəticələrə görə “River Pleyt”i tərk edib. Baş məşqçi vəzifəsinə gətirilən Eduardo Kudetin yeni komandası iki oyunda maksimum nəticə göstərdi. “Atletiko Urakan” (2:1) və “Sarmyento” (2:0) üzərində qələbələr ölkə nəhəngini B qrupunda iki pillə irəliləməklə 5-ci yerə yüksəltdi.“Rasinq” də azarkeşlərini turdan-tura ümidləndirir. Aperturanın ilk üç oyununda uduzan yeganə komanda olan vitse-çempion son iki turda 4 xal qazandı. Qustavo Kostasın komandası B qrupunda 6-cı yerdədi.qrup mərhələsi, 10-cu turTiqre - Veles Sarsfild 1:1D.Romero, 27 - B.Romero, 68-p.Estudiantes LP - Lanus 0:1Akino, 75.İndependyente - Union 4:4Pussetto, 45+1. Avalos, 49-p.; 68. Fedorko, 90+9 – Tarraqona, 14-p. Kuelyo, 20. Del Blanko, 39. Rodriges, 64.Boka Xuniors - San Lorenso 1:1Askasibar, 55 – Q.Rodriges, 65.İndependyente Rivadaviya - Barrakas Sentral 1:2Florentin, 84 – Morales, 34. Kandia, 44.Estudiantes RK – Belqrano 0:1Metilyi, 59.Arxentinos Xuniors - Rosario Sentral 0:0Sarmyento – Rasinq 0:0Atletiko Urakan - River Pleyt 1:2X.Kaysedo, 45+2-p. – Driussi, 27. Montyel, 85-p.Atletiko Tukuman Aldosivi 1:1Nikola, 55 – Xino, 21.Deportivo Riestra - Ximnasiya M 0:0Defensa y Xustisiya - Sentral Kordoba 1:1E.Pereyra, 58 – Santos, 78-p.Talyeres de Kordoba - İnstituto 2:0Davila, 31. Rik, 90+3.Nyuellz Old Boyz – Platense 1:1Xuç, 23 – Lotti, 83.Banfild - Ximnasiya LP 1:2Lopes Qarsiya, 77 – Panaro, 19. Skelotto, 35.11-ci turPlatense - Veles Sarsfild 0:2Monson, 8. Robertone, 49.Ximnasiya M - Estudiantes LP 1:2Modika, 45+2 – T.Palasios, 60; 66.Union - Boka Xuniors 1:1X.Palasios, 41 - Merentyel, 57.İnstituto - İndependyente 2:1Luna, 14. Serato, 34 – Abaldo, 13.San Lorenso - Defensa y Xustisiya 2:5Ausmendi, 65; 89 – E.Pereyra, 2. X.Qutyerres, 45. Molinas, 64-p. Auç, 75. Barbona, 90+2.Ximnasiya LP - İndependyente Rivadaviya 2:3E.Martines, 2. M.Torres, 38 – Sartori, 25. Florentin, 39. E.Martines, 90+4-öz qapısına.Tiqre - Arxentinos Xuniors 1:1Ovyedo, 61 – Alvares, 47.Belqrano - Talyeres de Kordoba 0:0Rosario Sentral - Banfild 2:1Lopes Qarsiya, 64-öz qapısına. Kampas, 83 - M.Mendes, 35.Aldosivi - Atletiko Urakan 0:0Rasinq - Estudiantes RK 2:0A.Martines, 55; 90+3.River Pleyt - Sarmyento 2:0Driussi, 41. Subiabre, 71.Barrakas Sentral - Atletiko Tukuman 2:1Maroni, 13. Qamba, 71 – Demartini, 70-öz qapısına.Lanus - Nyuellz Old Boyz 5:0Bou, 16-p. Akino, 37; 40; 54. Salvio, 55.Sentral Kordoba - Deportivo Riestra 1:0Naya, 45+3.A qrupu1. Veles Sarsfild 10 6 4 0 12-5 222. Estudiantes LP 10 5 3 2 9-5 183. Union 10 4 4 2 16-10 164. Defensa y Xustisiya 10 3 7 0 13-8 165. Lanus 9 4 3 2 15-12 156. Talyeres de Kordoba 10 4 3 3 10-9 157. Boka Xuniors 10 3 5 2 11-7 148. İndependyente 10 3 5 2 16-13 149. Platense 10 3 5 2 6-6 1410. San Lorenso 10 3 4 3 11-10 1311. Sentral Kordoba 10 3 3 4 5-7 1212. İnstituto 10 3 2 5 11-13 1113. Ximnasiya M 10 2 3 5 6-12 914. Deportivo Riestra 10 0 6 4 2-6 615. Nyuellz Old Boyz 10 0 3 7 6-22 3B qrupu1. İndependyente Rivadaviya 10 6 2 2 16-12 202. Belqrano 10 5 4 1 11-7 193. Rosario Sentral 10 5 3 2 12-7 184. Tiqre 10 4 5 1 16-9 175. River Pleyt 10 5 2 3 12-9 176. Rasinq 10 4 3 3 13-9 157. Barrakas Sentral 10 4 3 3 10-9 158. Ximnasiya LP 10 4 2 4 13-14 149. Atletiko Urakan 10 3 4 3 9-9 1310. Arxentinos Xuniors 8 2 5 1 5-4 1111. Banfild 10 3 1 6 11-13 1012. Sarmyento 10 3 1 6 6-11 1013. Atletiko Tukuman 10 1 3 6 11-16 614. Aldosivi 9 0 5 4 3-9 515. Estudiantes RK 10 1 1 8 3-15 4Bombardirlər: Avalos (İndependyente), D.Romero (Tiqre) - 6, Akino (Lanus), X.Kaysedo (Atletiko Urakan), M.Mendes (Banfild), Sartori (İndependyente Rivadaviya), Tarraqona (Union) - 5.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.