AZ

Premyer Liqada 7 qol vuran oyunçu Qurban Qurbanovun gözündən niyə düşüb? - ŞOK HADİSƏ!

Toral Bayramovun Qurban Qurbanovun gözündən düşməsinin səbəbi məlum olub.

Müdafiəçi sosial şəbəkələrdə aktivliyinə görə baş məşqçi tərəfindən dəfələrlə xəbərdarlıq mesajı alıb.

Təcrübəli mütəxəssis ona şəxsi həyatına diqqət etməyi, yaşadıqlarını tez-tez paylaşmamağı barədə ona tapşırıq verib.

Çalışdırıcı bütün diqqətini futbola verməsini istəyib. Fəqət, 25 yaşlı cinah oyunçusu bu sahədəki «sürət»ini bir o qədər azaltmayıb.

Odur ki, Bayramov əsas heyətdəki yerini itirib, ötən müddətdə avrokuboklarda çox az şans qazanıb, yalnız Premyer Liqada belə fürsət yaxalayıb.

Qurbanov qərarını verib - «Xəzər Lənkəran»ın yetirməsi yayda dşərgəni tərk edə bilər. Təbii, klubun şərtləri qarşılığında.

Premyer Liqanın cari mövsümündə 7 qola imza atmış lənkəranlı müdafiəçi ilə hazırda iki klub yaxından maraqlanır.

«Neftçi» və Nəriman Axundzadəni sıralarına qatmış «Kolumbus Kru». 23 yaşlı hücumçu ilə müqavilə bağlamış ABŞ klubu bu dəfə də «Qarabağ»ın qapısını döyüb.

MLS təmsilçisi adıçəkilən müdafiəçiyə iddiasını rəsmi surətdə ortaya qoyub. Ona görə Azərbaycan çempionuna müraciət göndəriblər.

SPORTİNFO.AZ

Seçilən
47
sportinfo.az

1Mənbələr