Kürdəmirdə piyada ölümü qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, Çöl-Ərəb kəndində 2019-cu il təvəllüdlü Hidayət Hüseynov yolu keçərkən "VAZ-2107" markalı avtomobil onu vurub.
Ağır xəsarətlər alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Telegram kanalımız