ABŞ Dövlət Departamenti SEPAH-ın yeni rəhbərliyinin üzvlərinin dəqiq yerini bildirənə ümumilikdə $10 milyon dollar mükafat vəd edib.
Bu barədə xəbəri Azad İran teleqram kanalı yayıb.
Xəbərdə SEPAH rəhbərliyi üzvlərinin siyahısı da göstərilib:
Əhməd Vahidi — SEPAH-ın yeni komandiri (faktiki rəhbəri)
Əli Abdullahi — “Xatəmül-Ənbiya” Qərargahının komandiri;
Səid Ağacani — SEPAH-ın Kosmik Qüvvələrinin pilotsuz bölməsinin komandiri;
Həmidreza Leşqarian — SEPAH-ın Elektronika İdarəsinin komandiri;
Mohid Khademi — SEPAH-ın kəşfiyyat bölməsinin rəhbəri.
Hələlik İran tərəfinin məsələyə münasibəti açıqlanmır.
SAMİRƏ