Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda iki bina çöküb.
BAKU.WS xəbər verir ki, dağıntılar altında beş nəfərin qaldığı bildirilir. Onlardan üçü xilas olunub.
Hadisənin qaz partlayışı səbəbindən baş verdiyi iddia olunur.
*** 13:47
Türkiyənin İstanbul şəhərində bina çöküb.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, hadisə Fatih rayonunda yaşanıb.
Dağıntılar altından bir nəfər xilas olunub.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.