AZ

Kürdəmirdə "Mercedes" yanıb

Kürdəmir rayonu, Xırdapay kəndində avtomobildə yanğın baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Mercedes" markalı minik avtomobilinin mühərrikində baş vermiş yanğın digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Seçilən
72
18
far.az

10Mənbələr