AZ

Moskvadan Bakıya uçan təyyarənin geri qayıtma səbəbi açıqlandı

Moskvadan Bakıya SU1854 reysi ilə uçan "Aeroflot" şirkətinin təyyarəsinin kapitanı uçuşdan qısa müddət sonra quşla toqquşma səbəbindən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Ölkə.az" xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Aeroflot bir neçə Telegram kanalında guya təcili eniş və mühərrik nasazlığı ilə bağlı yayılan məlumatları təkzib edib. Aviaşirkətin məlumatına görə, təyyarənin geri qaytarılması qərarı uçuş təhlükəsizliyi qaydalarına uyğun olaraq verilib.

İcazə verilən eniş çəkisini qorumaq üçün təyyarə bir müddət gözləmə zonasında yanacaq sərf edərək dayanıb. Eniş planlaşdırıldığı kimi Bakı vaxtı ilə saat 13:09-da başa çatıb. Aviaşirkət hər iki mühərrikin normal işlədiyini təsdiqləyib.

Elvin

Ölkə.az

Seçilən
135
2
olke.az

3Mənbələr