AZ

Azərbaycanda nə vaxtdan sürücüsüz nəqliyyat vasitələrini görmək mümkün ola bilər?VİDEO

Avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatında avtonom - yəni sürücüsüz texnologiyaların tətbiqi gözlənilir. Bu, 2026-2028-ci illəri əhatə edən fəaliyyət planında nəzərdə tutulub.

Xezerxeber.az-ın xəbərinə görə, mütəxəssislər bildirirlər ki, sürücüsüz nəqliyyat vasitəsinin tətbiqi texnoloji baxımdan mümkün olsa da, bu proses mərhələli şəkildə həyata keçiriləcək.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, hazırkı qanunvericilik avtonom, yəni sürücüsüz nəqliyyat vasitələrinin idarə oluhnmasına uyğun gəlmir. Mövcud qanunvericilik sürücü anlayışı üzərində qurulub. Yəni ölkədə  sürücüsüz avtomobillərlə bağlı hüquqi bazanın və qanunvericiliyin yaradılmasına böyük ehtiyac var.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev isə qeyd edir ki, artıq dünyada süni intellekt və rəqəmsal həllər nəqliyyat sisteminin idarə olunmasında geniş tətbiq edilir.

Mütəxəssislərin sözlərinə görə, sürücüsüz nəqliyyat vasitələri ilkin mərhələdə logistika və çatdırılma sahəsində tətbiq edilə bilər. Daha sonra isə qapalı məkanlarda, anbarlarda, hava limanlarında istifadəsi genişləndirilməsi mümkündür. Açıq yollarda istifadəyə gəlincə isə, bunun üçün həm qanunvericilik bazası təkmilləşdirilməli, həm də test mərhələləri uğurla başa çatmalıdır.

Ekspertlərin sözlərinə görə, bütün bu proseslər tamamlandıqdan sonra 3-4 il ərzində Azərbaycanda yollarda sürücüsüz nəqliyyat vasitələrini görmək mümkün ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

ddd

Seçilən
64
xezerxeber.az

1Mənbələr