AZ

Hörmüz boğazında gərgin anlar – İran "F-15" qırıcısını vurduğunu elan etdi

İran Silahlı Qüvvələrinin birgə qərargahı ölkənin cənub sahillərində, strateji Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus "F-15" tipli qırıcı təyyarəni vurduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, İranın hava hücumundan müdafiə (HHM) bölmələrinin yaydığı rəsmi məlumata görə, hədəf bir neçə saat əvvəl yerüstü zenit-raket kompleksləri vasitəsilə aşkar edilərək məhv edilib. Hazırda hərbi idarə rəhbərliyi təyyarənin düşdüyü dəqiq koordinatları müəyyənləşdirmək və ekipajın taleyinə aydınlıq gətirmək üçün genişmiqyaslı araşdırma apardıqlarını bildirib. Lakin bu iddia beynəlxalq hərbi analitiklər tərəfindən hələlik şübhə ilə qarşılanır.

Xatırladaq ki, martın əvvəlində də İran oxşar iddia ilə çıxış etmiş, lakin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu xəbərləri "əsassız və yalan" adlandıraraq təkzib etmişdi. O zaman məlum olmuşdu ki, Küveyt səmasında vurulan üç "F-15" qırıcısı əslində "dost atəşi" nəticəsində qəzaya uğrayıb və İranın bu hadisəni öz adına çıxarmaq cəhdi iflasa uğrayıb. Hazırkı hadisə ilə bağlı Vaşinqtondan və ya koalisiya müttəfiqlərindən hər hansı itki barədə rəsmi təsdiq daxil olmayıb. Analitiklər hesab edirlər ki, İranın bu cür bəyanatları daxili auditoriyada ruh yüksəkliyi yaratmaq məqsədi daşıyan bir informasiya manevri ola bilər. Bununla belə, Hörmüz boğazı üzərində uçuşların son saatlarda kəskin şəkildə azaldığı və bölgədə hərbi hazırlıq səviyyəsinin ən yüksək həddə çatdırıldığı qeyd olunur.

"Cebheinfo.az" 

Seçilən
14
2
cebheinfo.az

3Mənbələr