AZ

Cüdoçularımız Almaniyada 6 medal qazanıb

Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə ənənəvi Türingiya Kuboku başa çatıb. 32-ci dəfə təşkil olunan bu mötəbər turnirdə yeniyetmə qızlardan ibarət Azərbaycan millisi uğurlu çıxışı ilə diqqət çəkib.

Hafta.az xəbər verir ki, millimiz yarışı bir qızıl, bir gümüş və dörd bürünc medalla tamamlayıb.

Yarışda Sunay Salamova (40 kq) qızıl, Zəhra Quliyeva (40 kq) gümüş, Pərvin Sevxanlı (44 kq), Könül Eyvazlı (48 kq), Məsumə Məmmədli (70 kq) və Zemfira Əliyeva (+70 kq) bürünc medala layiq görülüb.

Turnirin U-18 yaş kateqoriyasında ümumilikdə 243 cüdoçu mübarizə aparıb.

Xüsusilə 40 kq çəki dərəcəsində finalın iki Azərbaycan təmsilçisi arasında keçməsi komandamızın bu çəkidəki mütləq üstünlüyünü nümayiş etdirib.

Seçilən
51
2
hafta.az

10Mənbələr