Quba rayonunda 27 yaşlı gəlin qayınanasına xəsarət yetirib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən ilin noyabrın 1-də rayonun kəndlərindən birində baş verib.
1999-cu il təvəllüdlü Təhminə həmin gün saat 12 radələrində yaşadıqları evin qonaq otağında qayınanası Fatimə (adlar şərti verilib – red.) ilə mübahisə edib.
Aralarında yaranmış məişət mübahisəsi zamanı qayınanasının sifət nahiyəsindən şillə ilə vurub, saçından tutaraq başını divara vurub.
Təhminənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.