Bolqarıstan millisinin sabiq futbolçusu İvelin Popov karyerasını bitirib.
QOL.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü məlumat yayıb.
Popovun son klubu ölkəsində “Arda” olub.
38 yaşlı yarımmüdafiəçi 2016/17 mövsümündə “Spartak”ın heyətində Rusiya çempionu adını qazanıb.
Qeyd edək ki, Popov "Levski", "Rostov", "Soçi", "Botev", "Qaziantep"də də oynayıb. O, Bolqarıstan milli komandasında 90 oyunda 16 qol vurub.