AZ

“FIFA Series - 2026” turnirinin formatında dəyişiklik edilib

Azərbaycanda keçiriləcək "FIFA Series - 2026" beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.

AFFA-dan Day.Az-a bildirilib ki, dəyişikliyə səbəb Oman milli komandasının Yaxın Şərqdə davam edən hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.

 

FIFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq. Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.

Seçilən
114
25
day.az

10Mənbələr