AZ

Qarabağ Sabah la oyunda qırmızı alan legioneri göndərir Qurbanovun səbr kasasını daşıran davranış...

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Mövsümlərarası fasilədə "Qarabağ"dan ayrılacaq daha bir futbolçunun adına aydınlıq gəlib."Football-plus.az"ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov Ramil Şeydayev və Abbas Hüseynovla yanaşı, Sami Mmae ilə də vidalaşmaq haqda qərar verib. Buna mərakeşli oyunçunun performansıyla ümidləri doğrultmaması və intizamsızlığı səbəb olub.Xatırladaq ki, mərkəz müdafiəçisi ötən ay komandadaxili qaydalara riayət etmədiyindən əsas heyətdən uzaqlaşdırılmış, daha dəqiqi, əvəzedici heyətə göndərilmişdi. Mmae əvəzedicilər liqasında da özünü yaxşı tərəfdən göstərə bilməyib. Hətta o, 21-ci turda "Sabah"la matça start heyətində çıxsa da, 43-cü dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə ikinci "sarı"dan qırmızı vərəqəylə meydandan qovulub.Onu da bildirək ki, Sami Ağdam təmsilçisinin formasını icarə əsasında geyir. "Qarabağ" ötən ilin iyulunda müqaviləylə Zaqreb "Dinamo"suna məxsus olan futbolçuyla birillik müqavilə imzalayıb.KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
92
1
icma.az

2Mənbələr