AZ

Paşinyan Qarabağın işğalında iştirak edən erməninin qızını BELƏ SUSDURDU VİDEO

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda gəzərkən yenidən etirazla qarşılanıb.

Ona Qarabağla bağlı sual ünvanlanıb. 

Nikol Paşinyan sualı verən şəxsin Qarabağı könüllü tərk edən ermənilərdən olduğunu öyrənib və ona barmağını silkləyib. 

Erməni mətbuatı yazır ki, Paşinyan hətta metroda qarşılaşdığı bu şəxsə qışqırıb.

"Biz sizin Qarabağda yaşamağınız üçün hər şeyi etdik və 2023-cü ildə insanların Qarabağdan Ermənistana getməsinin qarşısını almaq üçün sərhədləri bağlamaqda məni günahlandıran da siz idiniz. İndi isə buraya gəlib deyirsiniz ki, ah, biz geri qayıtmaq istəyirdik. Biz Ermənistan vətəndaşlarının milyardlarla qazancını xərclədik ki, siz orada qala biləsiniz. Bəs niyə qalmadınız? Bu barədə bu qədər ikrahla danışmayın. Ey qaçanlar, mənim Qarabağı təslim etdiyimi deməyə çalışmayın", - Paşinyan deyib.

“Cebheinfo.az” xəbər verir ki, erməni mətbuatı Paşinyanın metroda mübahisə etdiyi şəxsin kimliyini araşdırıb.

Məlum olub ki, bu gün İrəvan metrosunda Nikol Paşinyanın barmağını silkələdiyi qadın  1993-cü ildə Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlaının işğalında iştirak etmiş səhra komandiri Merujan Mosiyanın qızı Armine Mosiyan olub. 

Merujan Mosiyana ölümündən sonra 1-ci dərəcəli Döyüş Xaçı Ordeni verilib.

“Cebheinfo.az”-ın erməni mənbələrindən araşdırması göstərib ki, Merujan Mosiyanın adı daha çox Ağdərənin işğalında çəkilib. 

Belə ki, Ağdərəyə 4 fevral 1993-cü ildə başlayan hücumda o da səhra komandiri kimi iştirak edib.  

O, 1 sentyabr 1992-ci ildə Qarabağda “Daşnaksütyun”un Mərkəzi Komitəsinin üzvü olub. Daha sonra 26-cı Motoatıcı Batalyonunun komandiri təyin edilib.

Ağdərət, Ağdam, Füzuli və Kəlbəcər bölgələrinin işğalında iştirak edib.

23 avqust 1993-cü ildə Mərzilidə öldürülüb.

Onunla birlikdə Mher Culhakyan, Artak Mnatsakanyan, Rudik Hambardzumyan və Levon Avagyan da ölüb.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
3
cebheinfo.az

4Mənbələr