Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Baykonur Kosmodromundan buraxılan Proqress MS-33 yük kosmik gəmisi Soyuz-2.1a buraxılış raketinin üçüncü mərhələsindən uğurla ayrılıb.
Reyting.az-ın məlumatına görə, Missiya İdarəetmə Mərkəzindən bildiriblər ki, Proqress MS-33 yük kosmik gəmisini daşıyan Soyuz-2.1a buraxılış raketi Moskva vaxtı ilə saat 15:00-da Baykonur Kosmodromunun 31-ci meydançasından uğurla buraxılıb.
Raket təxminən 7,4 tonluq kosmik gəmini orbitə çıxarır və hazırda Beynəlxalq Kosmik Stansiyaya doğru gedir. Stansiyaya uçuş təxminən 49,5 saat çəkəcək. Poisk modulu ilə birləşmə 24 martda Moskva vaxtı ilə saat 16:35-də gözlənilir.
Beynəlxalq Kosmik Stansiyaya 2509 kq yük çatdırılacaq.
V. QULİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.