ABŞ-dəki milyardlıq mərc veb saytları ilə Trampı və oğlunu nə bağlayır?
Bu ilin yanvarın 3-də ABŞ ordusu Nikolas Maduronu ələ keçirməzdən bir neçə saat əvvəl, anonim bir istifadəçi “poly...”(tam adını yazmırıq) veb saytında Maduronun yanvar ayının sonuna qədər devriləcəyinə dair 32 min dollarlıq mərc qoyub. Həmin şəxs mərcdən 400 min dollardan çox qazanıb.
28 fevral 2026-cı ildə Magamyman adlı istifadəçi isə həmin veb saytda ABŞ-nin İrana zərbə endirəcəyinə dair 87 min dollarlıq mərc qoyub və cəmi bir neçə saat sonra yarım milyon dollardan çox vəsait qazanıb.
Musavat.com meduza.io saytına istinadən xəbər verir ki, həmin veb sayt istənilən mərci etmək mümkündür. Məsələn, Rusiya və Ukrayna nə vaxt sülhə razılaşacaq? NASA missiyası Ayın ətrafında nə vaxt fırlanacaq? İsa Məsih 2026-cı ildə zühür edəcəkmi?
ABŞ-da proqnoz bazarları 1980-ci illərin sonlarında yaranıb. İlk bazarlardan biri 1988-ci il ABŞ prezident seçkilərindən əvvəl Ayova Universitetinin təhsil veb saytında açıldı. İstifadəçilər prezident seçkilərinin qalibini proqnozlaşdıra və pul qazana bilirdilər. Bir hadisəni düzgün proqnozlaşdıranlar səhv edənlərin pulunu aldılar. Bu, proqnoz bazarları ilə ənənəvi idman mərcləri arasındakı əsas fərqdir. İstifadəçilər bukmekerə deyil, digər insanlara qarşı mərc edirlər. Nəticə etibarilə, əmsallar bukmeker analitikasından deyil, adi istifadəçilərin fikirlərindən asılıdır. Buna görə də, proqnoz bazarlarındakı oyunçular özlərini "treyder" adlandırır və "mərc et" əvəzinə "müqavilə al" deyirlər.
![]()
Proqnozlaşdırma bazarlarının strukturu 1980-ci illərdən bəri dəyişməyib - onlar hələ də istifadəçilərə ikili (adətən "bəli" və ya "xeyr") nəticələrə mərc təklif edən platformalardır. Əksər platformalarda iki proqnozun dəyəri hələ də cəmi bir dollardır və uduzanların pulu qaliblərə gedir.
Bu gün ən populyar iki proqnozlaşdırma bazarı platforması iki platformada cəmləşib. 2025-ci ildə onlar proqnozlaşdırma bazarlarına edilən bütün mərclərin təxminən 95 faizini təşkil edirdi. Onlardan biri 2020-ci ildə amerikalı Şeyn Koplan tərəfindən təsis edilib. 2025-ci ilin oktyabrında veb saytın uğuru sayəsində Koplan tarixin ən gənc milyarder olub. Daha bir proqnoz veb saytı isə 2018-ci ildə braziliyalı Luana Lara və Terek Mansur ilə birlikdə təsis ediblər.2025-ci ilin sonunda Lara da dünyanın ən gənc qadın milyarderi olub.
Hazırda həmin mərc saytlaından birində İran rejiminin 30 iyun tarixinə qədər süqut edib-etməyəcəyinə və ya Rusiya-Ukrayna müharibəsinin 2026-cı ilin sonuna qədər atəşkəsə nail olub-olmayacağına mərc etmək mümkündür.

Maraqlıdır ki. Trampın gəlişi ilə ABŞ-da proqnoz bazarları üçün hüquqi mühit daha əlverişli hala gəlib. Məsələn, 2025-ci ilin sentyabr ayında həmin veb saytlardan birinə ABŞ bazarına qayıtmasına icazə verilib - Əmtəə Fyuçersləri Ticarət Komissiyası platformaya qarşı bütün məhkəmə proseslərini rəsmi olaraq dayandırıb. Tramp administrasiyanın proqnoz bazarlarına qarşı meylinin digər mümkün səbəbi Trampımn oğludur.
2025-ci ildə Donald Tramp kiçik oğlu hər iki proqnoz veb saytında müşaviri olub, həmçinin öz fondundan pul yatırıb. Yeri gəlmişkən, proqnoz platformaları getdikcə daha populyarlaşır. Ötən ilin oktyabr ayında Nyu-York Fond Birjasına sahib olan Intercontinental Exchange mərc veb saytlarından birinə 2 milyard dollar investisiya qoyub. Bu, platformanın dəyərini 9 milyard dollara qaldırıb.
Yanvar ayının əvvəlində konqresmen Riçi Torres insayderlərin (dövlət vəzifələrində çalışanlar da daxil olmaqla) proqnoz bazarlarında müqavilələr almasını rəsmi olaraq qadağan etməyi təklif etdi. Qanun layihəsi hələ qəbul edilməyib və qadağanın necə tətbiq olunacağı bəlli deyil.
Bir çox skeptiklər proqnozlaşdırma bazarlarını etikadan kənar hesab edirlər. Çünki bu platformalar məsələn, Rusiyanın Kiyevə nə vaxt zərbə vuracağına və ya bu il neçə amerikalının qızılca xəstəliyində yoluxacağına mərc etməyə imkan verir. Amerikanın "Jacobin" nəşrinin köşə yazarı Devid Moskropa görə, proqnoz bazarlarının populyarlığı milyonlarla insanın faciəvi hadisələrə maliyyə mənafeyi baxımından baxmasına səbəb olacaq.
"Bu, Amerikanın əxlaqsız ticarətidir", - bazar proqnozları üzrə Demokrat senator Kris Merfi deyib. "Yaxşılıq və pisliklə əlaqəli hadisələr sadəcə maliyyə məhsuluna çevrildikdə, nəyin doğru, nəyin səhv olduğunu ayırd etmək mümkün deyil. İnsanlar sadəcə mərc etdikləri üçün başqalarının ölməsini istəməməlidirlər" deyə, o bildirib.
Musavat.com