“Nyukasl” - “Sanderlend” oyunu irqçi təhqirlərə görə dayandırıldı
QOL.az xəbər verir ki, Premyer Liqanın matç mərkəzinin məlumatına görə, insident “Sanderlend”in futbolçusu Lutsxarel Hertruydaya qarşı azarkeşlərin ayrı-seçkilik xarakterli təhqirlərindən sonra baş verib.
Bu səbəbdən qarşılaşma ikinci hissədə müvəqqəti dayandırılıb. Qərarın liqanın irqçiliyə qarşı tətbiq etdiyi protokola uyğun verildiyi bildirilib.
Hadisənin tam araşdırılacağı açıqlanıb. Liqa rəhbərliyi futbolçuya və hər iki kluba dəstəyini ifadə edərək irqçiliyə qarşı sərt mövqe sərgiləyib.
Qeyd edək ki, oyun dayandırılan anda “Sanderlend” 2:1 hesabı ilə öndə olub və matç bu hesabla yekunlaşıb.