AZ

MLS-də sistem dəyişəcək

Yaxın gələcəkdə MLS fərqli sistemlə təşkil ediləcək. ABŞ çempionatının mövcud keçirilmə sistemi dəyişəcək.

"Football-plus.az" xəbər verir ki, yüksək liqa 2027/28 mövsümündən “yaz-payız” sistemindən “payız-yaz” sisteminə keçəcək.

Bu qərardan əvvəl növbəti ilin fevral-may aylarını əhatə edəcək və 14 turdan ibarət olan qısaldılmış keçid mövsümü təşkil olunacaq. Cari mövsümdə isə pley-off mərhələsi noyabrın 18-də başlayacaq və hər iki konfransda ilk 9 pilləni tutan komandalar çempionluq uğrunda mübarizəyə qoşulacaqlar.

Əlavə edək ki, dekabrın 20-nə planlaşdırılan MLS Kubokunun final matçı daha yüksək reytinqə malik komandanın meydanında keçiriləcək.

Seçilən
59
1
football-plus.az

5Mənbələr