AZ

ABŞ strateji ehtiyatından ilk xam nefti buraxdı…

...ABŞ hakimiyyəti Amerika neft şirkətlərinə Strateji Neft Ehtiyatından (SPPR) planlaşdırılan 172 milyon barel xam neftdən ilk 42,5 milyon barel xam neft təqdim edib.

SİA-nın məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin saytında dərc olunmuş açıqlamada bildirilib.

Bu sənədə əsasən, ABŞ ehtiyatdan 42,5 milyon barel xam neft çıxarmağın birinci mərhələsinə başlayıb.

Təchizatlar 20 martda başlayıb.

Energetika Nazirliyi Strateji Neft Ehtiyatından xam neft alan şirkətlərin gələcəkdə onu 55 milyon barel ilə dolduracağını gözləyir.

19 martda ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, ABŞ yaxın günlərdə İranın dəniz neftinə qarşı sanksiyaları ləğv edə bilər.

O, həmçinin ölkənin qiymətləri aşağı salmaq üçün SPPR-dən bazara əlavə xam neft buraxa biləcəyini də təklif edib. Bessent daha sonra bildirib ki, İran nefti və neft məhsullarının satışı üçün yeni ABŞ lisenziyası dünya bazarlarına təxminən 140 milyon barel yanacaq çatdırmağa imkan verəcək.

Əli Babayev

Seçilən
55
1
sia.az

2Mənbələr