AZ

Sahibə Qafarova Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin dəfn mərasimində iştirak edib (FOTO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanınbaşçılığı ilə Azərbaycan nümayəndə heyəti Bütün GürcüstanınKatalikos-Patriarxı II İlya həzrətlərinin dəfn mərasimində iştiraketmək üçün Gürcüstanda səfərdədir.

Trend xəbər verir ki, martın22-də səhər saatlarında Tbilisidə Müqəddəs Üçlük Kafedralındakeçirilən mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanınbaşçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Azərbaycan xalqınındərin hüzn və ehtiramını Gürcüstan xalqına çatdırıb.

Tədbirdə Ekumenik Patriarx, eləcə də Gürcüstan Prezidenti,Parlamentin sədri, Baş nazir və Gürcü Arzusunun Fəxri Sədri məbəddətoplaşanlara müraciət ediblər.

Patriarxı son mənzilə yola salmaq üçün yürüş Müqəddəs ÜçlükKatedralından başlayıb və patriarxın cənazəsi xüsusi ehtiramlaSioni Kafedralına doğru yola salınıb. Ölkə üzrə fəaliyyət göstərənbütün kilsələrdə dəfn zəngləri çalınıb və yüz minlərlə insanküçələrə axışaraq patriarxa son ehtiramlarını ifadə ediblər.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanlarıİdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, Başnazirin müavini Samir Şərifov və Milli Məclisin bir qrup deputatıdaxildirlər.

Sahibə
Sahibə
Sahibə
Seçilən
106
29
az.trend.az

10Mənbələr