AZ

NATO ölkələri Hörmüz boğazında təhlükəsizliyin təmin olunması üçün tədbirlər hazırlayırlar

NATO üzvü olan bəzi ölkələr Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün tədbirlər hazırlayırlar.

Redaktor.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte "Fox News" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, cümə axşamından etibarən 22 ölkədən ibarət qrup ABŞ Prezidentinin Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunması ilə bağlı baxışını həyata keçirmək üçün qüvvələrini birləşdirir. Rütte bildirib ki, həmin qrupun əksəriyyəti NATO üzvüdür, digər ölkələr isə Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, BƏƏ və Bəhreyndir.

Baş katib əlavə edib ki, hazırda bu istiqamətdə planlaşdırma işləri aparılır. O, həmçinin qeyd edib ki, NATO-nu tənqid etməsinə baxmayaraq, ABŞ Prezidenti Donald Trampla bu həftə ərzində bir neçə dəfə danışıb.

Seçilən
92
2
redaktor.az

3Mənbələr