AZ

“Mançester Siti” “Arsenal”ı məğlub edərək İngiltərə Liqa Kubokunun qalibi oldu

İngiltərə Liqa Kubokunun finalında “Arsenal” və “Mançester Siti” üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Uembli” stadionunda baş tutan görüşdə “şəhərlilər” 2:0 hesabı ilə qələbə qazanıb.  

60-cı dəqiqədə Niko O’Rayli hesabı açaraq “şəhərliləri” önə çıxarıb, 64-cü dəqiqədə isə o, ikinci topu vuraraq dubllunu rəsmiləşdirib.

Cari mövsümdə “kanonirlər” və “şəhərlilər” İngiltərə çempionatının 5-ci turunda da qarşılaşıb və həmin oyunda komandalar 1:1 hesabı ilə heç-heçə etmişdi.

Qeyd edək ki, hazırda İngiltərə Liqa Kubokunun sahibidir “Nyukasl”. Ötən mövsüm finalda “tülkü”lər “Liverpul” üzərində 2:1 hesabı ilə qələbə qazanmışdı.

Seçilən
91
90deqiqe.az

1Mənbələr