AZ

Dörd gün ərzində iki qırmızı vərəqə aldı

style='margin-bottom:10px;'>

"Lion"un müdafiəçisi Nikolas Talyafiko dörd gün ərzində iki qırmızı vərəqə alaraq diqqət mərkəzinə düşüb.

QOL.az xəbər verir ki, o, Liqa 1-in 27-ci turu çərçivəsində "Monako" ilə matçda (1:2) cəzalandırılıb. Argentinalı futbolçu matçın 89-cu dəqiəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Xatırladaq ki, o, bir neçə gün əvvəl Avropa Liqasının "Selta" ilə cavab görüşündə (0:2) də ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu. Nəticədə Talyafiko həm Avropa Liqasından kənarlaşdıqları, həm də çempionatda xal itirdikləri ardıcıl oyunlarda intizamsızlığı ilə yadda qalıb.

Seçilən
130
1
teleqraf.com

2Mənbələr