AZ

Gündə bir dəfə yeyib, 23 saat ac qalırlar: OMAD pəhrizi nədir

Son dövrlərdə məşhurlar arasında populyarlaşan “gündə bir dəfə” kimi tanınan OMAD pəhrizi geniş müzakirələr doğurur. Bu qidalanma rejimi gün ərzində yalnız bir dəfə yemək yeməyi, qalan saatları isə aclıqla keçirməyi nəzərdə tutur.

Qaydalara əsasən, gün ərzində yalnız su, şəkərsiz çay və qara qəhvə qəbuluna icazə verilir. Süd və ya şirinləşdirici əlavə edilən içkilər isə bu rejimi pozmuş sayılır. Günün yeganə yeməyi isə kifayət qədər qidalandırıcı olmalı, ən azı 1200–1400 kalori təşkil etməlidir. Daha aşağı kalorili qidalanma bədənin əsas funksiyalarına mənfi təsir göstərə bilər.

Araşdırmalara görə, təxminən 17 saatlıq aclıqdan sonra orqanizmdə Otofagiya prosesi aktivləşir. Bu mərhələdə bədən köhnə hüceyrələri parçalayaraq yenilənmə mexanizmini işə salır. Bu pəhrizi tətbiq edənlər tez-tez zehni aydınlıq hiss etdiklərini və həzm sisteminin “rahatladığını” qeyd edirlər. Statistik olaraq, bu üsulla həftə ərzində müəyyən qədər çəki itkisi də mümkündür.

Bununla yanaşı, risklər də az deyil. Gün ərzində yalnız bir dəfə qidalanmaqla bütün vitamin və mineralları balanslı şəkildə qəbul etmək çətinləşir. Uzunmüddətli aclıq maddələr mübadiləsinin zəifləməsinə, əzələ kütləsinin azalmasına səbəb ola bilər.

Həkimlər bu rejimin davamlı şəkildə tətbiqini tövsiyə etmir. Daha çox qısa müddətli və dövri formada sınanması, eyni zamanda həkim nəzarəti altında aparılması daha təhlükəsiz yanaşma hesab olunur.//Demokrat.az

Seçilən
117
musavat.com

1Mənbələr