Bakı, 23 mart, AZƏRTAC
Hörmüz boğazında gəmiçiliyin dayandırılması Tehranın qərarları ilə deyil, qarşı tərəfin başlatdığı hərbi əməliyyatlarla bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi X sosial şəbəkəsində yazıb.
“Hörmüz boğazı bağlanmayıb”, – deyə o bildirib ki, gəmilərin hərəkəti sığorta şirkətlərinin İranın deyil, başqa tərəfin başlatdığı müharibə ilə bağlı risklərdən ehtiyat etməsi səbəbindən dayandırılıb.
“Heç bir sığorta şirkəti və ya heç bir iranlı əlavə təhdidlərə təslim olmayacaq. Ticarət azadlığı olmadan naviqasiya azadlığı mövcud ola bilməz. Ya hər ikisinə hörmət etməliyik, ya da heç nə əldə etməyəcəyik”, – deyə Əraqçi vurğulayıb.