AZ

Sloveniyanın yanacaqdoldurma məntəqələrində benzinin satışı məhdudlaşdırıldı

ain.az, Oxu.az saytına istinadən bildirir.

Sloveniya yanacaqdoldurma məntəqələrində benzin qıtlığı səbəbindən yanacaq satışına müvəqqəti məhdudiyyət tətbiq edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, şəxsi avtomobillər üçün gündəlik yanacaq limiti 50 litr, hüquqi şəxslər və fermerlər üçün isə 200 litr müəyyən edilib. Sloveniyanın Baş naziri Robert Qolob bildirib ki, məhdudiyyətlər növbəti bildirişədək qüvvədə qalacaq.

Onun sözlərinə görə, problem logistika ilə bağlı yaranıb. Baş nazir əlavə edib ki, ölkə ordusu yanacağın pərakəndə satış məntəqələrinə çatdırılmasına kömək etmək üçün avtosisternlərdən istifadə edəcək.

Qeyd olunur ki, Sloveniyanın ən böyük neft operatoru olan "Petrol" yanacaq çatışmazlığı ilə üzləşib. Bu da yanacaqdoldurma məntəqələrində növbələrin yaranmasına və bir çox məntəqənin bağlanmasına səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
oxu.az

1Mənbələr