AZ

Saçdan gələn pis qoxunun səbəbi açıqlandı

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dermatoloq Aamna Adel baş dərisində yaranan xoşagəlməz qoxunun əsas səbəblərindən birini açıqlayıb. Həkimin sözlərinə görə, bir çox insanın vərdiş etdiyi yaş saçla yatmaq sağlamlıq üçün ciddi problemlər yaradır.Həkim saçların tam quruduqdan sonra yuxuya getməyi tövsiyə edir."Nəm mühit bakteriya və göbələklərin çoxalması üçün ideal şərait hesab olunur. Bu mikroorqanizmlərin fəaliyyəti nəticəsində baş dərisində kəskin qoxu meydana gəlir. Həkim bildirir ki, yuxu zamanı yastıqla təmasda olan nəm saçlar həm də saç tellərinin qırılmasına səbəb olur.Su ilə təmasda olan saçlar süngər kimi genişlənir və daha həssas vəziyyətə düşür. Bu vəziyyətdə saçların yastığa sürtünməsi onların strukturunu zədələyir və tez qırılmasına gətirib çıxarır", - deyə o bildirib.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
demokrat.az

1Mənbələr