ain.az bildirir, Demokrat.az portalına istinadən.
Qanda xolesterin səviyyəsini tənzimləmək üçün hər zaman dərman preparatlarına ehtiyac qalmır. Terapevt Olqa Çistik bəzi vərdişləri dəyişməklə bu göstəricini normaya salmağın mümkün olduğunu bildirib.Həkimin sözlərinə görə, bu prosesdə ən effektiv vasitə düzgün qidalanmadır. Xolesterini azaltmaq üçün rasionda doymuş yağların miqdarını minimuma endirmək lazımdır. Bu, ilk növbədə yağlı ət məhsulları, kolbasalar, şirniyyatlar və fastfuddan imtina etmək deməkdir. Onların əvəzinə balıq, qoz-fındıq, bitki yağları və paxlalı bitkilərə üstünlük verilməlidir.Xolesterinin bağırsaqlarda sorulmasının qarşısını almaq üçün lifli qidalar da böyük rol oynayır. Yulaf sıyığı, tərəvəz və meyvələrin tərkibindəki təbii liflər qan göstəricilərini tənzimləməyə kömək edir.Həkim zərərli vərdişlərdən uzaq durmağın vacibliyini də vurğulayıb. Siqaret çəkmək damarların vəziyyətini pisləşdirir və ateroskleroz prosesini sürətləndirir. Buna görə də tütün məmulatlarından imtina profilaktikanın əsas hissəsidir.Bundan əlavə, gündəlik fiziki aktivlik, xüsusilə sürətli gəzinti və həftədə iki dəfə yüngül güc məşqləri xolesterinlə mübarizədə faydalıdır. Yuxu rejiminə riayət etmək və spirtli içkilərdən, xüsusən axşam saatlarında uzaq durmaq da sağlamlıq üçün mühüm şərtdir.Kardioloq Denis Sokolov isə əlavə edib ki, qidalanma ilə yanaşı içkilərə də diqqət yetirilməlidir. Məsələn, bir fincan qəhvə arterial təzyiqin ani yüksəlməsinə səbəb ola bilər ki, bu da yaşlı insanlarda daha çox müşahidə olunur.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.