ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Amerikalı milyarder Piter Til mal-qaranın idarə olunması üçün nəzərdə tutulmuş rəqəmsal boyunluq texnologiyasının inkişafına təxminən 2 milyard dollar investisiya edib.
Bizimyol.info xəbər verir ki, söhbət minlərlə inəyin hərəkətini çoban və ya itlərin iştirakı olmadan uzaqdan idarə etməyə imkan verən sistemdən gedir. Heyvanlar səs və vibrasiya siqnallarına reaksiya verərək, məsələn, sağım qurğularına doğru özləri yönəlirlər.
Texnologiyanın əsas xüsusiyyətlərindən biri “virtual hasar”ların yaradılmasıdır. Bu vasitə ilə sürü fiziki maneələr olmadan müəyyən edilmiş sərhədlər daxilində saxlanılır.
Bundan əlavə, qurğular heyvanların vəziyyəti ilə bağlı məlumatları real vaxt rejimində toplayır. Sistem həzm prosesini, reproduktiv dövrləri və ümumi sağlamlıq vəziyyətini izləyir ki, bu da fermerlərə təsərrüfatı daha səmərəli idarə etməyə imkan verir.
Texnologiyanın istifadəsi ödənişlidir: fermerlər hər inək üçün 5–8 dollar ödəyirlər.
Piter Til “PayPal” və “Palantir Technologies” şirkətlərinin həmtəsisçilərindən biri kimi tanınır. Sonuncu məlumatların təhlili texnologiyalarının hazırlanması ilə məşğuldur və ABŞ-ın müdafiə sektoru da daxil olmaqla dövlət qurumları ilə əməkdaşlıq edir.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.