AZ

İlon Mask mikroçip istehsalı üzrə layihəyə start verdi

Ajans.az xəbər verir ki, o, bu barədə "X" platformasında yazıb. Onun sözlərinə görə, "Tesla" "SpaceX" və "xAI" ilə birlikdə dünyanın ən böyük mikroçip istehsalı zavodunu inşa edəcək. E.Mask vurğulayıb ki, məqsəd ildə bir trilyon vatt hesablama gücünə nail olmaqdır: "ABŞ elektrik şəbəkələrinin gücü cəmi 0.5 tVt təşkil edir, ona görə də bu gücün böyük hissəsi kosmosa yerləşdirilməlidir". Yarımkeçiricilər fabriki Texas ştatının Ostin şəhərində fəaliyyət göstərəcək. "Biz həqiqətən də hesablama texnikasında fizikanın sərhədlərini genişləndirəcəyik və çoxlu inanılmaz və çılğın şeyləri sınayacağıq", - deyə sahibkar əlavə edib. Söhbət məntiq mikroçiplərinin, yaddaşın və çiplərin qablaşdırılmasının bir dam altında istehsalından gedir.

Layihənin təxmini dəyəri 25 milyard dollar təşkil edir, məqsəd ildə süni intellekt və yaddaş üçün 100-200 milyard mikrosxem buraxmaqdır.

Seçilən
66
2
Ajans.az

3Mənbələr