AZ

Arda Turan Beşiktaş ın qapıçısını yanına aparmaq istəyir

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Donetsk "Şaxtyor"u "Beşiktaş"ın qapıçısı Ersin Destanoğlu ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə Ukraynanın "Sportarena" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Donetsk klubunun baş məşqçisi Arda Turan şəxsən 25 yaşlı qolkiperi komandasında görmək istəyir. O da bildirilir ki, Ukrayna klubundan başqa, Bundesliqanın iki klubu da Ersinin xidmətində maraqlıdır. 

Qeyd edək ki, "Beşiktaş"ın yetirməsi olan Destanoğlu 2018-ci ildən əsas komandaya cəlb olunub. Onun Türkiyə klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Qolkiper bu mövsüm "Beşiktaş"ın heyətində bütün turnirlərdə 24 oyun keçirib və qapısında 24 qol görüb. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
sport24.az

1Mənbələr