İsrail İrandakı hərbi bazalara hücumlarda bunkerdə unudulmuş və Misir hərbi bazalarına hücum etmək üçün nəzərdə tutulmuş 50 illik hava bombalarından istifadə edir.
"Cebheinfo.az" "Report"- a istinadən xəbər verir ki, bu barədə "Kan" televiziyası mənbələrinin adını çəkmədən yayımlayıb.
Vurğulanıb ki, dəqiq zərbə qabiliyyətinə malik olmayan minlərlə bu idarəolunmaz bomba unudulmuş bir bunkerdə tapılıb. Belə ki, İsrail Hərbi Hava Qüvvələri onlardan İrandakı yaşayış məntəqələrindən uzaq ərazilərdəki hərbi bazalara zərbələr endirmək üçün istifadə edir.
İsrail Müdafiə Qüvvələrinin mənbələri Kana izah ediblər ki, bu köhnə bombalardan istifadə olunması qərarı pula qənaət etmək və qənaətbəxş vəziyyətdə hesab edilən bunkerdən təkrar istifadə etmək üçün verilib.
"Cebheinfo.az"