ABŞ İranın Xarq adasını ələ keçirmək üçün quru əməliyyatı keçirməyi düşünür.
"Cebheinfo.az" xəbər verir ki, bunu "The Jerusalem Post" qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Mənbələrə görə, ABŞ-nin yüksək vəzifəli rəsmiləri son günlərdə İsrail və digər ölkələrdəki həmkarlarına Vaşinqtonun adanı ələ keçirmək üçün quru hərbi əməliyyatına başlamaqdan başqa alternativinin olmadığını bildiriblər.
Bir ABŞ rəsmisi nəşrə bildirib: "ABŞ ordusu minlərlə dəniz piyadası və donanma heyətinin Yaxın Şərqə yerləşdirilməsi prosesini sürətləndirib".
Xatırladaq ki, "Axios" əvvəllər ABŞ administrasiyasının İranın neft ixracının əsas mərkəzi olan Xarq adasını ələ keçirmək və ya təcrid etmək variantlarını nəzərdən keçirdiyini bildirmişdi.
Bu məlumat ABŞ-nin adaya zərbələr endirməsindən sonra ortaya çıxmışdı. Mənbələr zərbələrin Tehranı Hörmüz boğazını açmağa inandırmaq məqsədi daşıdığını və zərbələrin mümkün quru əməliyyatına hazırlıq məqsədilə İran hərbi mövqelərini zəiflətmək üçün hazırlıq addımı olduğunu bildiriblər.
Xəzər
"Cebheinfo.az"