AZ

Arıq olmaq hələ sağlamlıq demək deyil

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Amerikan Ürək Assosiasiyasının Bostonda keçirilən konfransında təqdim olunan araşdırma qarın nahiyəsindəki piyin təhlükəli olduğunu üzə çıxarıb. Alimlərin qənaətinə görə, bel nahiyəsində toplanan piy kütləsi ürək çatışmazlığı riskini ümumi çəkidən daha çox artırır.Yeddi il davam edən tədqiqatda iki minə yaxın insanın sağlamlıq göstəriciləri analiz edilib. Məlum olub ki, daxili orqanları əhatə edən visseral piylər bədən çəkisi normal olan şəxslərdə belə ciddi xəstəliklərə yol açır. Belə ki, qarın nahiyəsi geniş olan insanların ürək damarlarında zədələnmə ehtimalı digərlərindən xeyli yüksəkdir.Bu prosesdə əsas rolu orqanizmdə yaranan gizli iltihab oynayır. Visseral piylər damarları zədələyən və immun sistemini zəiflədən maddələr ifraz edir. Nəticədə ürək əzələsində çapıq toxuması formalaşır və orqanın işi çətinləşir. Kardioloq Sadiya Xan bildirib ki, profilaktika zamanı təkcə çəkiyə deyil, piyin bədəndə necə paylanmasına da diqqət yetirilməlidir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
67
demokrat.az

1Mənbələr