AZ

“Brent” neftinin bir bareli 113 dollara satılır

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yaxın Şərqdə davam edən gərginlik fonunda bu gün səhər saatlarından neft qiymətləri mülayim şəkildə artır.

"Report" bu barədə "İnterfaks"a istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 09:12-yə olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 0,48 ABŞ dolları (0,43 %) artaraq 1 barel üçün 112,67 ABŞ dollarına çatıb. Martın 20-də bu müqavilənin dəyəri 3,54 ABŞ dolları (3,26 %) artaraq 1 barel üçün 112,19 ABŞ dollarına çatıb.

Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron hərraclarında WTI markalı neftin may fyuçersləri bu vaxta qədər 0,56 ABŞ dolları (0,57 %) bahalaşaraq 1 barel üçün 98,79 ABŞ dollarına çatıb. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 2,8 % artaraq 1 barel üçün 98,23 ABŞ dolları olub.

Ötən həftə ərzində "Brent" markalı neft 8,8 % bahalaşıb, WTI isə 0,4 % ucuzlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
91
3
azpolitika.info

4Mənbələr