AZ

"Brent" neftinin bir bareli 113 dollara satılır

Yaxın Şərqdə davam edən gərginlik fonunda bu gün səhər saatlarından neft qiymətləri mülayim şəkildə artır.

Azreform.info xəbər verir ki, Bakı vaxtı ilə saat 09:12-yə olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 0,48 ABŞ dolları (0,43 %) artaraq 1 barel üçün 112,67 ABŞ dollarına çatıb. Martın 20-də bu müqavilənin dəyəri 3,54 ABŞ dolları (3,26 %) artaraq 1 barel üçün 112,19 ABŞ dollarına çatıb.

Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron hərraclarında WTI markalı neftin may fyuçersləri bu vaxta qədər 0,56 ABŞ dolları (0,57 %) bahalaşaraq 1 barel üçün 98,79 ABŞ dollarına çatıb. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 2,8 % artaraq 1 barel üçün 98,23 ABŞ dolları olub.

Ötən həftə ərzində "Brent" markalı neft 8,8 % bahalaşıb, WTI isə 0,4 % ucuzlaşıb.

Seçilən
80
3
azreform.info

4Mənbələr