AZ

Pakistan səfirliyində dövlət bayrağının qaldırılması üzrə təntənəli mərasim keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda Pakistan səfirliyində Pakistan Günü münasibətilədövlət bayrağının qaldırılması üzrə təntənəli mərasimkeçirilib.

Trend xəbər verirki, bayrağı Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddintərəfindən qaldırılıb. Tədbirin gedişində Pakistan Prezidenti AsifƏli Zərdari və Baş naziri Şahbaz Şərifin yazılı müraciətlərioxunub.

Çıxış edən səfir Pakistanın Cammu və Kəşmir məsələsindəAzərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyinivurğulayıb.

“Cammu və Kəşmir məsələsində bizə həmrəylik göstərdiyinə görəAzərbaycana minnətdarıq. Ötən ilin hadisələri bir daha açıq şəkildəgöstərdi ki, Cammu və Kəşmir məsələsi BMT Təhlükəsizlik Şurasınınqətnamələrinə uyğun şəkildə nizamlanmadıqca, Cənubi Asiyada sülhmümkün olmayacaq”, – deyə səfir qeyd edib.

O, həmçinin dəyişməz diplomatik və mənəvi dəstəyinə görəAzərbaycana təşəkkürünü bildirib.

“Əfqanıstandakı münaqişə və onun nəticələri hamımıza təsir edir.Pakistan və onun rəhbərliyi öz növbəsində vəziyyətin tezliklədeeskalasiyası və nizamlanması üçün bütün mümkün tədbirləri görməyədavam edəcək. Dualarımız bu münaqişənin bütün qurbanları və ondankənarda olanlarla birlikdədir. Səmimi qəlbdən ümid edirik ki,regionumuzda sülh, təhlükəsizlik və sabitlik bərqərar olacaq”, –deyə Q. Mohiuddin əlavə edib.

Pakistan
Pakistan
Pakistan
Pakistan
Pakistan
Pakistan
Pakistan
Pakistan
Məqalədə:
Seçilən
38
2
az.trend.az

3Mənbələr