AZ

Milli Məclisin vitse-spikeri Zaqrebdə keçiriləcək zirvə toplantısındaiştirak edəcək

BAKI, 23 mart. TELEQRAF

Üç Dəniz Təşəbbüsü üzrə Parlament Zirvə Toplantısında

Milli Məclisin sədr müavini Rafael Hüseynov Üç Dəniz Təşəbbüsü üzrə Parlament Zirvə Toplantısında iştirak etmək üçün martın 24-dən 26-dək Xorvatiyanın Zaqreb şəhərinə səfər edəcək.

Xorvatiya Parlamentinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə “Üç Dəniz Təşəbbüsünün irəli aparılması: gələcəyə baxış, məsuliyyət, tərəfdaşlıq” mövzusunda müzakirələr aparılacaq, dünyada artan geosiyasi qeyri-müəyyənliklər fonunda parlamentlərin rolu diqqətə çatdırılacaq.

Vitse-spiker Rafael Hüseynovun toplantıda çıxışı nəzərdə tutulur.

Seçilən
93
2
teleqraf.com

6Mənbələr