AZ

Əlli min vermişdi, yenə verdi - Prezidentdən JEST!

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov növbəti dəfə xərcə düşüb.

NFF-nın birinci şəxsi Premyer Liqanın son iki turunda 6 xal toplayan «Araz-Naxçıvan»a mükafat ayırıb.

Mərdəkanda «Karvan»a 2:1, səfərdə «Şamaxı»ya 1:0 hesabıyla qalib gələn komandaya 50 min manat sərf edib.

Maraq üçün deyək ki, iş adamı bundan öncə də «ağ-qırmızılar»a bu qədər vəsait ödəyib. O da «Karvan»a Yevlaxdı, Mərdəkanda «Sumqayıt»ı udduqları üçün.

«Araz» 25 turdan sonra Premyer Liqanın ilk «altılığ»ında qərarlaşıb. 39 xal toplamış Muxtar Respublika təmsilçisi turnir cədvəlinin beşinci pilləsində yerləşib.

SPORTİNFO.AZ

Seçilən
33
sportinfo.az

1Mənbələr