AZ

İran rəsmisi Donald Trampa səsləndi: "Sən işdən çıxarıldın"

İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Komandanlıq Qərargahının mətbuat katibi, İbrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampa müraciət edərək onun işdən çıxarıldığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

"Ey Tramp, sən işdən çıxarıldın! Bu ifadəni bilirsən. Bu məsələyə diqqət yetirdiyin üçün təşəkkür edirəm", - deyə agentlik İ.Zülfüqarinin sözlərini sitat gətirib.

O bu sözləri ingilis dilində deyib. İ.Zülfüqari, həmçinin qeyd edib ki, ABŞ regionun müsəlman əhalisindən canlı qalxan kimi istifadə edir.

Qeyd edək ki, "Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm" ifadəsi D.Trampın "Truth Social" şəbəkəsindəki paylaşımlarında tez-tez istifadə etdiyi cümlədir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. (Oxu.az)

Seçilən
75
2
bakivaxti.az

3Mənbələr