AZ

Uzun mətnlər yazanlarda şizofreniya əlamətləri aşkarlandı

Şizofreniya xəstələrinin yazı tərzi araşdırılıb.

Bizim.Media xəbər verir ki, alimlər şizofreniya xəstəliyinin insanın yazı dilinə necə təsir etdiyini müəyyənləşdiriblər.

"Journal of Writing Research" jurnalında dərc olunan araşdırmaya görə, xəstəliyin əlamətlərindən asılı olaraq insanların mətn quruluşu kəskin fərqlənir.
 

Tədqiqatda iştirak edən 41 pasiyentə qısa hekayə oxudulub və onlardan həmin mətni yenidən yazmaq xahiş olunub. Məlum olub ki, qarabasmalardan və hallüsinasiyalardan əziyyət çəkən şəxslər daha uzun mətnlər yazırlar. Lakin bu yazılarda fikirlər tez-tez təkrarlanır, hadisələrin ardıcıllığı pozulur və məzmun təhrif edilir.


Əksinə, daha qapalı və az danışan pasiyentlərin yazıları qısa və lakonik olur. Bu qrupdan olan insanlar hekayənin əsas xəttini qoruyub saxlasalar da, yazıda çoxlu orfoqrafik və durğu işarəsi səhvlərinə yol verirlər. Onlar üçün sözləri düzgün bölmək və qrammatik qaydalara əməl etmək daha çətin olur. Tədqiqat göstərir ki, yazı tərzi xəstəliyin gedişatını və növünü müəyyən etmək üçün mühüm göstərici ola bilər. (Demokrat.az)

Bizim.Media

Seçilən
85
2
bizim.media

3Mənbələr