Baltik dənizindəki Primorsk limanında yerləşən Rusiyanın qərb istiqamətindəki ən böyük neft ixrac mərkəzində yanacaq terminalında dron hücumu nəticəsində yanğın başlayıb.
APA xəbər verir ki, bu barədə Şimal-Qərb Leningrad bölgəsinin qubernatoru Aleksandr Drozdenko “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, adı çəkilən liimanın gündə 1 milyondan çox barel xam neft ixrac etmək imkanı var və o Rusiya’nın əsas Urals xam nefti və yüksək keyfiyyətli dizel yanacağı üçün mühüm ixrac məntəqəsidir.