AZ

Bu ölkədə yumurta qıtlığı yarandı

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Almaniyanın böyük şəhərlərində quş qripi epidemiyası səbəbindən yumurta tapmaq çətinləşib. Mağazalarda rəflər boşalıb, satışda qalan məhsullar isə bir neçə qat baha qiymətə təklif olunur.Berlində sakinlərin yumurta almaq üçün şəhər kənarına üz tutduğu bildirilir. Paytaxt mağazalarında on ədəd yumurtanın qiyməti adi vaxtdakı 2-3 avrodan 8 avroya qədər yüksəlib. Yerli ekspertlər bu kəskin artımı ölkədə tüğyan edən virus infeksiyası ilə əlaqələndirirlər.Ötən ildən bəri davam edən epidemiya xüsusilə Brandenburq bölgəsindəki quşçuluq təsərrüfatlarına ciddi ziyan vurub. Artıq 14 bələdiyyə yüksək riskli zona elan edilib və orada quşların açıq havaya çıxarılması qadağan olunub. Hökumət zərər çəkmiş fermerlərə kompensasiya ödəsə də, rəsmilər vəziyyətin yalnız bir həftə sonra düzələcəyini vəd edir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
demokrat.az

1Mənbələr