AZ

Prezidentin ailəsini şantaj edən şəxs hər şeyi etiraf etdi- YENİ DETALLARVİDE

Azərbaycan Prezidentinin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum olub.

Musavat.com xəbər verir ki, bu barədə REAL TV-nin rəhbəri Mir Şahin Ağayevin təqdimatında "Mir Şahinin vaxtı" verilişində bildirilib.

Vurğulanıb ki, Prezidentin ailəsini şantaj edən şəxs Salmanov Fərid İlqar oğludur. O, 2003-cü ildən Bakıda yaşayıb, jurnalist kimi "Ayna", "Zerkalo" və "Bizim əsr" qəzetlərində çalışıb.

Sənədli filmdə xaricdə gizlənib bloqer adı altında fəaliyyət göstərənlərin Alena Əliyeva kimi qələmə verməyə cəhd etdikləri qadının əsl şəxsiyyəti barədə detallı istinadlar təqdim edilib.

Qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalarla Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Salmanov Fərid İlqar oğlunun digər şəxslərlə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxslər barədə qəsdən yalan, rüsvayedici məlumatlar yayma hədəsi ilə, xüsusən külli miqdarda pul vəsaiti tələb etməsinə əsaslı şübhələr yaranıb.

Seçilən
46
1
yeniazerbaycan.com

10Mənbələr