AZ

Müharibə Trampa sərf edir Yaxın Şərqdəki vəziyyətdən belə istifadə edir

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın şirkətlərinin Yaxın Şərqdəki gərginlik fonunda turizm sahəsində yaranmış vəziyyətdən kommersiya məqsədilə istifadə etdiyi iddiaları Böyük Britaniyada ciddi qalmaqala səbəb olub.

Britaniyanın "Daily Mirror" nəşrinin yaydığı məlumata görə, Trampa məxsus Şotlandiyanın Ayrşir bölgəsində yerləşən Turnberri kurortunun rəhbərliyi tur operatorlarına məktublar göndərərək onları planlarını Yaxın Şərqdən bu məkana yönləndirməyə çağırıb. Məktublarda “Orta Şərqdə baş verən hadisələr səbəbindən pozulan planlarınızı bizə yönləndirin” ifadəsi yer alıb.

İddialara əsasən, ABŞ prezidentinin İrana qarşı sərt mövqeyi və hərbi addımları regionda turizm axınını zəiflədib, xüsusilə Dubay kimi istiqamətlərdə rezervasiyaların azalmasına səbəb olub. Nəticədə isə turistlərin bir hissəsinin Trampa məxsus obyektlərə yönləndirildiyi bildirilir.

Britaniya mediası vəziyyəti sərt tənqid edərək, “həm bombardman edir, həm də bundan qazanc əldə edir” kimi ifadələr işlədib.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, yayılan məlumatlar həm siyasi, həm də iqtisadi müstəvidə geniş müzakirələrə səbəb olub.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
azpolitika.info

1Mənbələr