AZ

Tehran qaranlıqda: Paytaxtda infrastruktur zərbələri və xaos

Bazar ertəsi səhər saatlarında İran paytaxtının müxtəlif rayonlarına endirilən kütləvi aviabərbələrdən sonra Tehranın böyük bir hissəsində elektrik enerjisinin kəsilməsi barədə məlumatlar yayılıb. “New York Times” qəzeti şəhər sakinlərinin paytaxtın xaos içində olduğunu bildirdiyini yazıb.

NOCOMMENT.az xəbər verir ki, bu hadisə İsrailin Tehranın infrastruktur obyektlərinə zərbələr endirmək planları barədə verdiyi rəsmi bəyanatdan qısa müddət sonra baş verib. Nəşrin məlumatına görə, strateji nöqtələrin hədəf alınması şəhərin enerji sistemini iflic edib.

İran mediası şəhərin fərqli nöqtələrində güclü partlayışların baş verdiyini təsdiqləyib. Şahidlərin sözlərinə görə, paytaxtın şərq, qərb və şimal rayonlarında uzun sürən hava hücumlarından sonra elektrik enerjisinin verilişi tamamilə kəsilib. Hazırda şəhərdə rabitə və nəqliyyatın hərəkətində ciddi problemlərin yaşandığı bildirilir.

Sara,
NOCOMMENT.az

Seçilən
78
10
nocomment.az

10Mənbələr