AZ

Azərbaycan alüminium məmulatlarının istehsalını 30 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 11 min 771 ton alüminium məmulatları istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,4 % çoxdur.

Bu il martın 1-nə, ölkədə 3 min 729 ton hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 50 min 893 ton alüminium məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 23 % azdır.

Seçilən
38
1
far.az

3Mənbələr