ABŞ ordusunun Hark adasına desant əməliyyatı üçün şəxsi heyətin yerləşdirilməsi prosesini sürətləndirdiyi bildirilir. Neft terminallarını hədəf alan bu addım bölgədəki müharibənin gedişatını tamamilə dəyişdirə bilər.
AzNews.az xəbər verir ki, İsrailin "Jerusalem Post" qəzeti ABŞ-ın İranın strateji Hark adasına qarşı quru əməliyyatına başlamağa hazırlaşdığını bildirib.
Məlumata görə, yüksək vəzifəli amerikalı rəsmilər israilli həmkarlarına bu hücumun qaçılmaz bir seçimə çevrildiyini bildiriblər.
Məsələ ilə tanış olan ABŞ mənbəsi bildirib ki, ABŞ ordusu Hark adasına desant çıxarmağa hazırlıq məqsədilə minlərlə dəniz piyadası və donanma heyətinin Yaxın Şərqə yerləşdirilməsi prosesini sürətləndirir.
Məlumatda bildirilir ki, bu göndərişin tərkibinə yüngül təyyarədaşıyan gəmi kimi fəaliyyət göstərən amfibiya hücum gəmisi- USS Boxer, həmçinin amfibiya nəqliyyat gəmiləri USS Portland və tərkibinə USS Comstock da daxil olan USS Boxer Amphibious Ready Group gəmiləri daxildir. Bu üç gəmidə təxminən 4500 dəniz piyadası və əlavə döyüş heyəti var.
Xəbərdə Fars körfəzindəki Xarq adasının İranın neft ixracatının əsas mərkəzi olduğu, xam neftin 90 faizinin Çinə daşındığı qeyd edilib. ABŞ administrasiyası daxilində adanın ələ keçirilməsi ilə bağlı müzakirələrin son zamanlar başladığı vurğulanıb.