AZ

İran–İsrail/ABŞ qarşıdurması region ölkələrinə necə təsir edəcək?

“Müharibənin bugünkü politrası günü-gündən kəskin tündləşməyə doğrudur. İsrail və ABŞ İranı təcrid etməyə çalışdıqca, regionda yeni bloklar formalaşır. Körfəz ölkələri yarı məcburi olsa da, ABŞ-yə daha çox yaxınlaşır, İran isə Rusiya və Çinlə əməkdaşlığı gün-gündən dərinləşdirir”.

Bu haqda NOCOMMENT.az-a politoloq Aydın Tağıyev danışıb.

O, qeyd edib ki, proseslər get-gedə iki qütblü mühit yaradır: bir tərəfdə Qərb və müttəfiqləri, digər tərəfdə İran və onun tərəfdaşlarıdır:

“Burada qardaş Türkiyə balans siyasəti apararaq həm Qərblə, həm də İranla münasibətləri qorumağa çalışır. Bu ona vasitəçi rolunu gücləndirmək imkanı verir.

Ölkəmiz Azərbaycan isə enerji resursları və coğrafi mövqeyi sayəsində həm Avropa, həm də region üçün strateji tərəfdaş kimi önə çıxır. Günü-gündən gərginlik artdıqca balansı qorumaq hədsiz dərəcədə çətinləşir. Ancaq çox uğurlu xarci siyasət yürüdülür.

Əgər qarşıdurma hərbi eskalasiyaya çevrilərsə, region ölkələri təhlükəsizlik dilemması ilə üz-üzə qalacaq: – Böyük güclərin yanında yer almaq, ya da neytrallığı qoruyub saxlamaq…

Əgər gedişata uyğun diplomatik kanallar açıq qalarsa, Türkiyə və Azərbaycan kimi dövlətlər vasitəçi rolunu gücləndirərək həm nüfuz, həm də geniş iqtisadi üstünlük qazana bilərlər. Bu qarşıdurma regionu sadəcə enerji və təhlükəsizlik baxımından deyil, həm də ideoloji və diplomatik xəritə baxımından yenidən formalaşdırır. Kiçik və orta dövlətlər üçün əsas məsələ balansı qorumaq və böhranı fürsətə çevirməkdir. Hesab edirəm, gələcək sanksiya və ya qarşıdurma şəraitində çevik diplomatik manevr və iqtisadi adaptasiya bacarığı aparan ölkələr yeni mövqelər qazana biləcəklər”.

Turan

NOCOMMENT.az

Seçilən
66
nocomment.az

1Mənbələr